Tarix: 13 Sentyabr 2019 11:16
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib.
Qol.az "New York Times"a istinadən xəbər verir ki, fransız mütəxəssis FİFA-nın texniki direktoru təyin olunacaq. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
FİFA-nın Vengerdən başqa digər tanınmış simalara da iş verəcəyi bildirilir.
Xatırldaq ki, Venger son olaraq 22 il çalışdırdığı “Arsenal”da işləyib. O, London klubunu 2018-ci ildə tərk edib.