Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 13:44
Eminemdən tutmuş "50 Cent"ə qədər bir çox məşhurlarla çalışmış DJ Kay Slay 55 yaşında vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hip-hop musiqisində "mixtape" mədəniyyətinin önəmli simalarından biri olan musiqiçi koronavirusla mübarizədə məğlub olub.
Həm də qraffiti sənətçisi olan hip-hop ikonasının əsl adı Kit Qreyson idi. Səhnədə DJ Kay Slay adından istifadə edən uğurlu müğənni uzun müddətdir ki, COVID-19-la mübarizə aparırdı. O, yanvar ayında xəstəxanaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Kay Slay 90-cı illərdə musiqidə ön plana çıxıb, "Columbia Records" ilə müqavilə bağlayıb və altı albom çıxarıb. Son albomu "The Soul Controller" 2021-ci ilin dekabrında, musiqiçi xəstəxanaya yerləşdirilməzdən bir müddət əvvəl buraxılıb.