Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya Moskva Birjasını tanımayacaq

Britaniya Moskva Birjasını tanımayacaq

Tarix: 20 Aprel 2022 20:42

Böyük Britaniya Moskva Birjasının ticarət meydançası statusunu ləğv etməyi planlaşdırır.

Bildirilir ki, belə bir addımın investorları bəzi vergi güzəştlərindən məhrum edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla yanaşı, müvafiq qərar qəbul edilərsə, Rusiyaya yeni sərmayələrdən söhbət gedə bilməz.

Rəsmi London izah edib ki, bu qərar Rusiya Bankının xarici investorlara tətbiq etdiyi məhdudiyyətlərə cavabdır. Hazırda Böyük Britaniyanın vergi orqanları maraqlı tərəflərin rəyini tələb edərək məsələ ilə bağlı məsləhətləşmələrə başlayıb.


Etiketlər:  Britaniya Moskva Birjasını tanımayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ