Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 08:57
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya Rusiyanın Ukraynanı dəstəkləyən ölkələrə qarşı kiberhücum hazırladığını bildirib.
Bu barədə "Guardian" nəşri yazıb.
"Kəşfiyyat məlumatları göstərir ki, Rusiya hökuməti potensial kiberhücumlar üçün variantları araşdırır", - qəzet qeyd edib.
Məlumata görə, Rusiya dövləti tərəfindən maliyyələşdirilən hakerlər İT şəbəkələrindən böyük həcmdə məlumat oğurlaya, zərərli proqramlardan istifadə edə və şəbəkələri bloklaya bilərlər.