Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bizi məhdudiyyətlərlə qorxutmaq olmaz"

Tarix: 21 Aprel 2022 15:44

ABŞ-ın yeni anti-Rusiya sanksiyaları getdikcə absurdlaşır və bu, Vaşinqtonun Moskvanı öz iradəsinə tabe edə bilməməsindən çarəsizliyini əks etdirir.

Milli.Az bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin Telegram-kanalında dərc olunmuş bəyanatda deyilir.

"28 rusiyalıya və 33 şirkətimizə qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə çalışmaq iddiası ilə məhdudiyyətlər, həmçinin 600-dən çox Rusiya vətəndaşının "müstəqil medianın sıxışdırılması, Ukraynanın bütövlüyünü təhdid edən fəaliyyətlər və İnsan hüquqlarının müdafiəsi" hər yerdən bir az- bir az yığmaya bənzəyir".

"İttihamların əsassızlığı ucbatından sanksiyalar getdikcə absurdlaşır və Vaşinqtonun ölkəmizi öz iradəsinə əymək iqtidarında olmamaqdan çarəsiz qaldığını göstərir".

"Anlamaq vaxtıdır ki, bizi məhdudiyyətlərlə qorxutmaq olmaz. Ukraynada xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələri istənilən halda yerinə yetiriləcək", - səfirlik vurğulayıb.

"Yerli hakim dairələr diqqət yetirməlidir ki, ölkəmizdə gözlədikləri sarsıntılar əvəzinə Rusiya əleyhinə tədbirlər ABŞ-ın özünə ziyan vuracaq", - bəyanatda qeyd edilir.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Bizi məhdudiyyətlərlə qorxutmaq olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ