Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ay quru sərhədlər açıla bilər - VİDEO

Gələn ay quru sərhədlər açıla bilər - VİDEO

Tarix: 21 Aprel 2022 19:08

May ayının 1-dən etibarən maska qadağası ləğv edilə, quru sərhədlər isə açıla bilər. Millət vəkili Fazil Mustafa deyib ki, hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.

''May ayının 1-dən etibarən maska qadağası ləğv edilməli, quru sərhədlər isə açılmalıdır''. Bunu millət vəkili Fazil Mustafa ''Xəzər Xəbər''ə müsahibəsi zamanıd eyib. O bildirib ki, bu qadağaların ləğvi üçün zəmin yaranıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili qeyd edib ki, bütün hallarda pandemiyaya nəzarət diqqətdə saxlanılmalıdır. Yoluxmanı artıracaq amillərin qarşısı anında alınmalıdır. O bildirib ki, hazırda hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.

Qeyd edək ki, Baş Nazirin qərarı ilə sonuncu dəfə xüsusi karantin rejmi may ayının 1-ə qədər uzadılıb. Bu müddətin növbəti dəfə uzadılıb-uzadılmamasına isə yaxın günlərdə aydınlıq gələcək.

Milli.Az


Etiketlər:  Gələn quru sərhədlər açıla bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ