Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarici işlər naziri ərinə görə vəzifəsindən getdi

Xarici işlər naziri ərinə görə vəzifəsindən getdi

Tarix: 22 Aprel 2022 15:14

Belçikanın xarici işlər naziri Sofi Vilmes beyin xərçəngi diaqnozu qoyulan ərinin səhhətindəki problemlərə görə nazirlik funksiyalarını qeyri-müəyyən müddətə dayandırdığını bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nazir məlumatı bu gün səhər saatlarında hökumət üzvləri ilə iclasda dilə gətirib.

"Xəstəlik həyatımıza öz təsirini göstərdi, xüsusən də həyat yoldaşım Kristoferin... İndi o dünyada bu xəstəlikdən əziyyət çəkən kişilər, qadınlar və hətta uşaqlar kimi beyin xərçənginin aqressiv formasına qarşı mübarizə aparmalıdır", - deyə Sofi Vilmes əlavə edib.

S.Vilmes təzminat almadan hazırkı nazir vəzifəsindən dərhal istefa vermək qərarını verdiyini də açıqlayıb.


Etiketlər:  Xarici işlər naziri ərinə görə vəzifəsindən getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ