Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 17:30
Abşeronda taksi sürücülərinin mərkəzi küçədə sərnişin avtobusunun yolunda avtomobillərini saxlaması qalmaqala səbəb olub. Sakinlər bu kimi halların hər gün baş verdiyini deyirlər.
Avtobus sürücüsü ilə mübahisə edən şəxsin artıq məsuliyyətə cəlb edildiyi bildirilir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhərindən gedir.
Sakinlərin sözlərinə görə, həmin ərazidə avtobus və taksi sürücüləri arasında demək olar ki, hər gün mübahisə yaşanır.
Taksi sürücüləri sərnişin yığmaq üçün avtbuslar üçün nəzərdə tutulmuş dayancaqda dayanır. Elə bü səbəbdən də sərnişinlər çətinlik çəkirlər.
Həm avtobus, həm də taksi sürücüləri qalmaqala səbəb kimi dayanacağın düzgün seçilmədiyini deyir.
Abşeron rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, həmin prospekt avtomobillərin ən çox sıxlıq təşkil etdiyi ərazidir. Aparılmış araşdırlmalarla taksi sürücüsü müəyyən edilib və tədbir görülüb.
Bu arada, Heydər Əliyev prospektində avtomoibilini düzgün park etməyən taksı sürücülərinə qarşı tədbirlər görülüb. Gün ərzində 50-ə yaxın avtomobil barəsində inzibati protokol tərtib edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: