Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 22:00
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus oliqarxların Türkiyəyə üz tutmasından danışıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Çavuşoğlu "çirkli pullar" olmadığı müddətdə hər hansı şirkətin Türkiyədə fəaliyyətinə qarşı olmadıqlarını bildirib:
"Biz sanksiyalarda iştirak etməyən bir ölkəyik. Əgər hər hansı bir şirkət Türkiyədə iş görmək istəyirsə, qanunlarımıza uyğun hərəkət etməlidir. Beynəlxalq hüquqa uyğun hərəkət etməlidir. Biz qeyri-qanuni fəaliyyətə icazə vermirik. "Çirkli pullar" olmamalıdır".