Tarix: 13 Sentyabr 2019 17:52
"Mançester Siti" ciddi itki ilə üzləşib.Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Emerik Laporte mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Bir neçə gün əvvəl dizindən əməliyyat olunan fransalı müdafiəçinin sağalma müddəti uzun çəkəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2018-ci ildən "Şəhərlilər"də çıxış edir.