Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yazda bu psixi xəstəliklər kəskinləşir – Xəbərdarlıq

Yazda bu psixi xəstəliklər kəskinləşir – Xəbərdarlıq

Tarix: 24 Aprel 2022 19:18

Psixoterapevt Vladimir Sniqur fəsil dəyişikliyi ilə əlaqədar bəzi psixi xəstəliklərin kəskinləşməsi barədə xəbərdarlıq edib.

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, bir çox insanlarda bipolyar pozuntular və depressiya baş qaldırır.

Bunlar maniakal vəziyyət, sayrışan hallar, təkrarlanan fikirlərlə yanaşı gedir.

"Təbiətin oyanması ilə daxili psixi vəziyyət arasında kəskin fərq olur. Güllər açıb quşlar oxuduqca, insan bir o qədər əksinə qapanır.
Stress, təşviş bu halları daha da artırır.

Ümumilikdə yaz aylarında şəxsiyyət pozuntuları və psixikanın dəyişməsi baş verir. Şizofreniya, psixotik vəziyyət kəskinləşir.

Ona görə yaz gəlişində tez-tez əhval dəyişmələrinə, yuxu pozulmasına, eləcə də iştahın vəziyyətinə baxmaq lazımdır. Psixiatr kəskin psixi pozulma diaqnozu qoymadısa, o zaman bitki tərkibli yüngül sakitləşdiricilər içmək olar. Yaz aylarında psixiatr müayinəsindən keçmək vacibdir".

Milli.Az


Etiketlər:  Yazda bu psixi xəstəliklər kəskinləşir Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ