Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada yanacaq bazası, hərbi hissə və dəmir yolu vuruldu - FOTO

Rusiyada yanacaq bazası, hərbi hissə və dəmir yolu vuruldu - FOTO

Tarix: 25 Aprel 2022 12:09

Rusiyanınq Bryansk şəhərində yanacaq bazasında və hərbi hissənin anbarında iki partlayış olub. Partlayışlar cəmi bir neçə saniyə fərqlə baş verib.

Milli.Az bildirir ki, bir qədər sonra isə hərbi hissəyə gedən dəmir yolunda partlayış olub.

"Transneft-Drujba" şirkətinin yanacaq bazasında 10 min tonluq, hərbi hissədə isə 5 min tonluq yanacaq rezervuarları partlayışdan alışaraq yanır.

Yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin Voronej, Kaluqa, Kursk, Oryol, Smolensk, Tula və Moskva vilayətlərindən heyətlər cəlb olunub.

Partlayışla sıradan çıxarılmış dəmir yolu xəttində isə qatar və vaqonlar aşıb.

Ukrayna ilə sərhəddən 150 km aralıda yerləşən Bryanskda partlayışların səbəbinin Ukrayna tərəfdən raketlərin atılması olduğu iddia olunur.

Partlayışın baş verdiyi hərbi hissə Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin 120-ci arsenalı olduğu vurğulanır.

Milli.Az


Etiketlər:  Rusiyada yanacaq bazası hərbi hissə dəmir yolu vuruldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ