Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quru göz sindromunun əlamətləri - Kompüterdə işləyənlər, diqqət!

Quru göz sindromunun əlamətləri - Kompüterdə işləyənlər, diqqət!

Tarix: 26 Aprel 2022 21:06

Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin aşağı olmasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır. Quru göz sindromu gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.

40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz sağlamlığına zərər verir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, antidepresantların istifadəsi, yuxu dərmanları və ya spirtli içkilər quru göz xəstəliyinin yaranma səbəblərindəndir. Kondisioner, güclü külək və ya siqaret tüstüsü də gözlərin qurumasına səbəb ola bilər. Normadan artıq kompüterdən istifadə də gözqırpma refleksinin azalmasına səbəb olur.

Eyni zamanda göz qapaqlarında və kirpiklərdə yaranan xəstəliklər, göz yaşının azalması quru göz xəstəliyini sürətləndirir. Quru göz xəstəliyinin müalicəsində əvvəlcə xəstəliyə səbəb olan amillər dəqiq müəyyən edilməli, göz yaşının miqdarı ölçülməlidir. Əgər quru göz probleminiz varsa mütəxəssisə müraciət etməniz vacibdir.

Sağlam gözlərinizi qorumaq üçün bol su içmək, düzgün yuxu rejiminə riayət etmək və keyfiyyətli günəş eynəyindən istifadə etməniz tövsiyə olunur.


Etiketlər:  Quru göz sindromunun əlamətləri Kompüterdə işləyənlər diqqət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ