Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özünüzü həkimə göstərin, yazıqsınız'' - Könül Kərimova

''Özünüzü həkimə göstərin, yazıqsınız'' - Könül Kərimova

Tarix: 27 Aprel 2022 16:55

"İnsanın gözəl düşünüb, gözəl baxmağı o qədər gözəldir ki... Çox heyif ki, bu düşüncə hər kəsdə yoxdur. Gözəl düşünmək üçün də gözəl dünyan olsun gərək. Bax, bu məndə nə yaxşı yetərincə var. Bilirsiniz axı: Öz balaca dünyam var".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova bildirib. Müğənni tənqid yazanlara səslənib:

"Orada yalnız ruhu gözəl, ürəyi gözəl, sağlam düşüncəli insanlar üçün yer ayırmışam. Ona görə də son vaxtlar özümü çox yaxşı hiss edirəm. Demək ki, həyatda nə olursa, yaxşıya doğru olur. Odur ki, özünüzü hərdən həkimə göstərin. Yazıqsınız... Bu 5 günlük dünyada insan kimi yaşayın. İnsanlarlığınızı itirməyin. Görün ki, bu işıqlı dünyada nələr var. Gözü, ürəyi pas atanlar. Siz elə orada qalın, mən də burada".


Etiketlər:  Özünüzü həkimə göstərin yazıqsınız Könül Kərimova


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ