Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroviziya səhnəsi belə olacaq - VİDEO

Avroviziya səhnəsi belə olacaq - VİDEO

Tarix: 28 Aprel 2022 15:45

Dizaynerlər Avroviziya beynəlxalq mahnı müsabiqəsinin səhnə quruluşunun ilk görüntülərini yayımlayıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İtaliyanın Turin şəhərində keçiriləcək tədbirdə səhnə Françesko Montinaro tərəfindən hazırlanıb.

Səhnənin əsas konsepsiyası "İçəridə günəş" adlanır. Səhnənin əsas konsepsiyası kinetik günəşin hərəkəti və işığı ideyasına əsaslanıb. Bundan əvvəl səhnədən su axacağı, qarşısındakı məkanın isə yaşıllıqlarla əhatə olunacağı bildirilirdi.

Qeyd edək ki, yarışmada Azərbaycanı Nadir Rüstəmli təmsil edir. O, "Fade to black" mahnısı ilə səhnəyə çıxacaq. Yarışma mayın 10-dan 14-nə kimi keçiriləcək.

Milli.Az


Etiketlər:  Avroviziya səhnəsi belə olacaq VİDEO


RƏYLƏR