Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanı xaos gözləyir: Bakı qazı yetməyəcək

Bolqarıstanı xaos gözləyir: Bakı qazı yetməyəcək

Tarix: 29 Aprel 2022 10:38

Rusiya qazının nəqlinin dayandırılmasından sonra Bolqarıstanı xaos və xarabalıq gözləyir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Dir.bg" portalına müsahibə verən ekspertlər bildiriblər.

Ölkənin keçmiş energetika nazirinin müavini Yavor Kuyumciyevin sözlərinə görə, Sofiyanın milli marağı vətəndaşların sərfəli qiymətlərlə istilik və elektrik enerjisi alması, biznesin fəaliyyət göstərməsi üçün lazım olan resurslarla təmin olunmasıdır:

"Xaos gələcək. 2021-ci ildə Bolqarıstan 3,2 milyard kubmetr qaz istifadə edib ki, bunun da 75 faizindən çoxu Rusiyadan, qalan 300 milyona yaxını Azərbaycandan, təxminən 250 milyonu isə müxtəlif maye qaz mənbələrindən əldə edilib. Rusiya tədarükü olmasa, Bolqarıstanın 2,5 milyard kubmetr qazı çatışmayacaq və onu doldurmaq mümkün deyil".

Çörəkçilərin və Şirniyyatçıların Milli Filial İttifaqının idarə heyətinin sədri Mariyana Kukuşevanın sözlərinə görə, yanacaq tədarükündə kəskin azalma çörəkbişirmə sənayesinə təsir edəcək.

Qeyd olunub ki, Bolqarıstanda yanacağın olmaması və yanacağın qiymətinin artması səbəbindən bir çox müəssisə bağlanacaq. İki gübrə zavodunun bağlanmasından sonra kənd təsərrüfatı da risk altında olacaq.

Eyni zamanda, sahibkar Krasimir Kumçev bu il günəbaxan və qarğıdalı məhsuldarlığının aşağı düşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Rusiya rublla ödəniş şərtindən imtina etdiyi üçün Polşa və Bolqarıstana qaz tədarükünü dünəndən dayandırıb. Bolqarıstanın Baş naziri Kiril Petkov da Azərbaycan qazının və müştərək LNG alışlarının təşkilində AB-nin köməyinə arxalandıqlarını vurğulayıb.


Etiketlər:  Bolqarıstanı xaos gözləyir Bakı qazı yetməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ