Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 14:36
"Manatın məzənnəsinin sabit saxlanılması davam edəcək".
Bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov mətbuat konfransında deyib.
"Geosiyasi və geoiqtisadi şəraiti, hal-hazırda tədiyyə balansının cari əməliyyat hesabının profisitini, ümumiyyətlə fiskal büdcənin profisitini, infilyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın mövqeyi sabit məzənnə rejimində davam etməkdədir"- deyə, T.Kazımov əlavə edib.
O bildirib ki, üzən məzənnə daha fundamental yanaşma tələb edir.