Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 19:42
Gəncə şəhərinin Cavadxan qəsəbəsində orta məktəb və uşaq bağçası yoxdur. Ona görə də sakinlər yaşayış massivində təhsil müəssisələrinin olmamasından şikayətçidirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, yaşı 20 ildən artıq olan qəsəbədə nə məktəb, nə də uşaq bağçası var.
Sakinlər uşaqları bəzən şəxsi maşın, bəzən ictimai nəqliyyat, bəzən də taksi ilə evlərindən xeyli uzaqlıqda yerləşən məktəblərə aparmalı olurlar. Həm zaman itkisi, həm də yolların baxımsız olması onlar üçün bu işi məşəqqətə çevirir.
Üç minə yaxın evin olduğu Cavadxan qəsəbəsinə ictimai nəqliyyatın böyük intervalla işləməsi isə onsuz da yaxında omayan məktəblərə gedib-gəlmək işini daha da qəlizləşdirir.
Məsələyə münasibət bildirən Gəncə şəhər Təhsil İdarəsinin rəsmisi Ramilə Məmmədova deyib ki, Cavadxan qəsəbəsinin sakinlərinə nisbətən yaxınlıqda yerləşən məktəblər hesabına təhsil xidməti göstərilir. Əlavə edilib ki, ümumtəhsil müəssisələrinin tikintisi növbəlilik əsasında həyata keçirilir. Gəncədə də son illərdə bir neçə yeni məktəb binası tikilərək və ya əsaslı təmir edilərək istifadəyə verilib. Proses mövcud plan əsasında davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: