Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dedilər ki, anamın ürəyini mən partlatmışam" - VİDEO - FOTO

Tarix: 2 May 2022 14:30

"Anamı məndən küsdürdülər. Anam dedi ki, "iti görüm, qurdu görüm, amma səni görməyim". Nəinki məni, hətta qızımı. Anam mənə nifrət etsə də, hər zaman onu çox istəmişəm. Ana bağışla, pulum az olub. Az qazanmışam. Nə günahlarım varsa, dünyaya gəlişim belə günahdırsa, məni bağışla".

Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Space maqazin" verilişinə müsahibəsində deyib.

Anası Mina xanımın məzarını ziyarət edən aktrisa onun stress və əsəbdən deyil, koronavirusdan dünyasını dəyişdiyini açıqlayıb:

"Fərziyələr irəli sürdülər ki, "Bizimləsən" ictimai-sosial verilişdə anam haqda çıxış eləmişəm, sabahısı gün isə o dünyasını dəyişib. Yəni açıqlamalarımla anamın ürəyini mən partlatmışam. Amma bu elə deyil. Anam "Covid-19" dan rəhmətə gedib. Bu xəstəliklə bağlı anam poliklinikada qeydiyyatda da olub. Orada onda koronovirus aşkarlandığı bildirilib".

Qeyd edək ki, Sonaxanım Əliyeva bir müddət əvvəl anasının ondan imtina etdiyini dilə gətirib.

"Atasız böyümüşəm, ana satqınlığı, ər xəyanəti görmüşəm. Bəsdirin məni müzakirə etdiniz" deyə, o, müsahibələrinin birində söyləyib.

Milli.Az


Etiketlər:  Dedilər ki anamın ürəyini mən partlatmışam VİDEO FOTO


RƏYLƏR