Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 07:26
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.
UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar bu ölkənin qadınlardan ibarət millisinə də təsirsiz ötüşməyib.
Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu səbəbdən Rusiya millisinin apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə mərhələ oyunu da baş tutmayıb. Komandanın bütün nəticələri də qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.