Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azovstal''dan 100-dən çox mülki şəxs çıxarıldı

''Azovstal''dan 100-dən çox mülki şəxs  çıxarıldı

Tarix: 3 May 2022 21:45

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uğurlu əməliyyatı nəticəsində Rusiyanın ələ keçirdiyi Ukraynanın Mariupol şəhərindəki "Azovstal" polad zavodundan 100-dən çox mülki şəxs təxliyə olunub.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano Abreu jurnalistlərə açıqlamasında bildirib.

S.Abreu deyib ki, BMT, həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək: "Ümid edirəm ki, Kiyev və Moskva ilə davam edən koordinasiya daha çox mülki şəxslərin döyüşlərin olduğu bölgələrdən təhlükəsiz şəkildə uzaqlaşmasına və humanitar yardımların çatdırılmasına imkan verəcək".


Etiketlər:  Azovstaldan dən çox mülki şəxs çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ