Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 07:30
"Yarımkeçiricilər müdafiə sənayesinin istehsal imkanları üçün xüsusilə vacibdir. Ona görə də biz Rusiyanın onlara çıxışını çətinləşdirməyə çalışırıq".
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Alabamadakı "Javelin" tank əleyhinə raket kompleksi zavodunda çıxışı zamanı deyib.
ABŞ Prezidenti vurğulayıb ki, Rusiyanın yarımkeçirici bazarlarına çıxışını çətinləşdirəcək addımların atılmasını zəruri hesab edir.
O, əlavə edib ki, ABŞ yarımkeçirici sənayesinə investisiya qoymalı və bu sahədə liderliyi bərpa etməlidir, çünki onlar bir çox sahələrdə əsas rol oynayırlar.