Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 22:46
Qara dənizdə Rusiyanın üç "Kalibr" dəniz qanadlı raket daşıyıcısı Ukrayna ərazisinə zərbələr endirmək üçün raket silahlarından istifadə etməyə hazır vəziyyətdədir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat yayılıb.
Qeyd olunur ki, Qara və Azov dənizlərində Rusiyanın Qara Dəniz Donanmasının gəmi qruplaşması sahil istiqamətində döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunmasını, kəşfiyyatın aparılmasını və atəş dəstəyinin təmin edilməsini davam etdirir.
Baş Qərargah istisna etməyib ki, ruslar Ukraynaya raket zərbələri endirmək üçün bu gəmi strukturunu cəlb edə bilər.