Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 15:38
Gəncə terrorunda hər iki ailəsini itirən Sevil Əliyeva nişanlanıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, evlərinə raket düşməsi nəticəsində valideynlərini itirən 18 yaşlı Sevil Əliyevanın nişan mərasimi olub.
Qeyd edək ki, 2020-ci ilin 10 oktyabrından 11 oktyabr tarixinə keçən gecədə erməni terrorçuları tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində həlak olanlar arasında Anar Əliyev və həyat yoldaşı Nurçin Əliyeva da olub. Onlardan geriyə 16 yaşlı Sevil və səkkiz yaşlı Hüseyn adlı övladları qalıb.