Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanla sərhəddimiz bu torpaqlara kimi uzanacaq - Xəritə Bakının əlində

Ermənistanla sərhəddimiz bu torpaqlara kimi uzanacaq - Xəritə Bakının əlində

Tarix: 5 May 2022 17:51

"Ermənistanın siyasi iradəsi hazırda çıxılmaz vəziyyətdədir və diplomatiyada ard-arda uduzmaqda davam etməkdədir".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, sərhədlərin delimitasiyasında 100 il əvvəlin xəritəsi nəzərə alınacaq:

"Bu gün Rusiyanın dəstəyi ilə Ermənistanın daxili auditoriyasını sakitləşdirmək adına informasiya məkanında görüntü sərgilənməyə çalışılır. İstənilən halda Azərbaycanın iradəsi məlumdur. Azərbaycan öz torpaqlarını azad edib və gərəkli təmizlik işləri də davam etdirilməkdədir. Bunun da davamında sərhədlərimizin delimitasiyası, demarkasiyası məsələsinə də daha fərqli bir yanaşma var. Xüsusən də Ali Baş Komandanımızın bəyan etməsi ki, bu prosesdə sadəcə sovet dönəmindəki xəritələr deyil, 1918-1920-ci illər aralığındakı Azərbaycan Demokratik Respublikasının xəritəsi də nəzərə alınacaqdır.

Bu o deməkdir ki, Ermənistan bu gün revanşist fikirlər səsləndirsə də artıq anlamalıdır ki, Azərbaycanın torpaqlarında süni olaraq dövlət olub və vaxtaşırı olaraq Azərbaycanın torpaqları hesabına ərazilərini genişləndirib. Artıq geri dönüş başlayıb və davamlı olaraq bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçiriləcək. Bütün bunları nəzərə alaraq Ermənistanın siyasi iradəsi öz çökmüş siyasi ambisiyasını tamamlamaq üçün bir sıra informasiya məkanında kirli məlumatlar yaysa da, artıq onların sonu gəlmək üzrədir.

Ermənistanın cinayətkar siyasi iradəsinin bizim ata torpaqlarımız İravanda və Qərbi Zəngəzurda yaşayan erməni xalqına belə faydası yoxdur. Bu şovinist kənardan idarə olunan siyasi iradə Ermənistana və regiona təhlükədir. Yəgin ki, erməni xalqı da bunu anlamaqdadır. Onların tək qurtuluşu bir zamanlar yurdlarından didərgin salınan milyonlarla soydaşımızın doğma vətənlərinə qayıtması və yeni bir İravan Xalq Cumhuriyyətinin qurulmasıdır".

Təhməz Əsədov


Etiketlər:  Ermənistanla sərhəddimiz torpaqlara kimi uzanacaq Xəritə Bakının əlində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ