Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 18:04
Rusiya Moldovanı işğal etmək üçün müfəssəl plan hazırlayıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Kanal 24" telekanalı əks-kəşfiyyat mənbələrinə əsasənməlumat yayıb.
Bildirilib ki, Rusiya mayın 9-dək və ya həmin gün Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər: "Bu, ikinci cəbhənin açılması ilə nəticələnəcək. İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir".
Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır.