Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 20:20
Bakı. Trend:
Bazar günü Andhra Pradeşdəki vilayətində Godavari çayında turistlərin olduğu motorlu qayıqın aşması nəticəsində ən azı 12 nəfər boğulub və 20-dən çox insan itkin düşüb.
Trend-in məlumatına görə, qayığın göyərtəsində təxminən 60 nəfər olub, onlardan 20-si xilas edilib. Faciə Devipatnam kəndi ərazisində baş verib. İtkin düşənlərin axtarışına xilasedicilər və helikopterlər cəlb olunub. Bildirək ki, Aşırılan qayıq yerli turizm şöbəsinə məxsus idi.
Qeyd edək ki, sentyabrın 13-də, dini festival zamanı Madhya Pradeşdə vilayətində motorlu qayığın aşması nəticəsində 11 nəfər ölüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin