Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günlərlə dənizdə qalan insanların xilas görüntüləri - VİDEO

Günlərlə dənizdə qalan insanların xilas görüntüləri - VİDEO

Tarix: 7 May 2022 15:32

Liviyanın Misrata şəhəri sahillərində Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmət edən TCG GÖKÇEADA freqatı tərəfindən bir qayıq aşkar edilib. Yarısı huşsuz vəziyyətdə 17 qeyri-qanuni miqrant olduğu müəyyən edilən qayığa müdaxilə olunub və miqrantlar gəmiyə mindiriliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gəmidə olan həkim həmin şəxsləri müayinə edərək, 12 nəfərin səhhətinin yaxşı, dörd nəfərin isə huşsuz vəziyyətdə olduğunu müəyyənləşdirib.

Bir miqrant isə səhiyyə işçilərinin bütün müdaxilələrinə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib.

Məlum olub ki, onlar Banqladeşdəndirlər və 10 gündür dənizdədirlər. Xilas edilən qeyri-qanuni miqrantlar qurulan koordinasiya nəticəsində Homs limanında Liviya səlahiyyətlilərinə təhvil veriliblər.

Milli.Az


Etiketlər:  Günlərlə dənizdə qalan insanların xilas görüntüləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ