Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden bu ölkəyə qarşı sanksiyaları uzadıb

Bayden bu ölkəyə qarşı sanksiyaları uzadıb

Tarix: 9 May 2022 21:32

ABŞ Prezidenti Cozef Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.

Milli.Az "report"-a istinadən bildirir ki, məlumat Ağ Evin rəsmi sənədlər toplusunda dərc edilib.

Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

"Suriya rejiminin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün son dərəcə təhdiddir. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş sanksiyaları daha bir il müddətinə uzadıram", - sənəddə deyilir.

Milli.Az


Etiketlər:  Bayden bu ölkəyə qarşı sanksiyaları uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ