Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bankların dollara olan tələbi artıb

Bankların dollara olan tələbi artıb

Tarix: 10 May 2022 15:44

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 40,6 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 may 2022-ci il tarixində keçirilib - red.) müqayisədə 31,8% artıb. Ötən valyuta hərracında bankların tələbi 30,8 mln. ABŞ dolları təşkil etmişdi.


Etiketlər:  Bankların dollara olan tələbi artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ