Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 gün bu şorbanı bişirib yesəniz...

3 gün bu şorbanı bişirib yesəniz...

Tarix: 12 May 2022 08:57

Orqanizmdə maddələr mübadiləsinin yaxşı getməsi üçün vaxtaşırı bağırsaqların təmizlənməsi lazımdır. Bağırsaqların təmizlənmsi isə müxtəlif üsullarla baş verir. Meyvə şirələri içmək, pəhriz yeməkləri ilə qidalanmaq, müxtəlif imalə metodları bağırsaqların təmizlənməsinə səbəb ola bilir.

Bağırsaqların təmizlənməsinin ən yaxşı üsullarından biri də müxtəlif tərəvəzlərdən hazırlanan şorbalarla olur. Sizə təqdim edəcəyim şorbanın tərkibi qidalandırıcı maddələrlə zəngindir. Bu şorba qaraciyəri, bağırsaqları təmizləyir, maddələr mübdiləsinin yaxşılşmasına və dərinin gözəlləşməsinə səbəb olur. Şorba orqanizmə detoksikasiya təsiri bağışlayır və immun sistemi yaxşılaşdırır. Arzu edilən nəticəni əldə eləmək üçün şorbanı ən az 3 gün içmək lazımdır. Müalicə məqsədilə şorba içiln zaman başqa qida qəbul edilmir və gün ərzində 5-6 dəfə bu şorbadan qəbul edilir. Müalicə müddətində su və ya bitki çaylarından da istifadə etmək lazımdır.
Resept 1
Lazım olanlar:
* xırda doğranmış brokoli kələmi - 2,5 stəkan
* kərəviz - 3 kök
* soğan - 1 ədəd
* sümük bulyonu - 2 stəkan
* limon şirəsi - yarım limon
* duz - 1 çimdik
* kakos yağı - 2 xörək qaşığı
Hazırlanması:
Kakos yağı qızdırılır, kərəviz, soğan və brokkoli kələmi xırda doğranıb yağda 5 dəqiqə qovrulur. Sonra bulyon qazana əlavə edilir və qarışdıra-qarışdıra zəif odda bişirilir. Şorba qatılaşanda hazır olmuş olur.
Resept 2
Zəncəfilli yerkökü şorbası
Lazım olanlar:
* xırda doğöranmış zəncəfil - 3 xörək qaşığı
* soğan - 3 ədəd
* yerkökü - 2 ədəd
* sarımsaq - 3 diş
* kakos südü - 1 stəkan
* kakos yağı - 2 xörək qaşığı
* sümük bulyonu - 2 stəkan
Hazırlanması:
Yerkökü, zəncəfil, sarımsaq xırda doğranır və sümük bulyonunda zəif odun üstündə bişirilir. 10 dəqiqə qaynadıqdan sonra doğranmış soğan və yağ əlavə əlavə edilir. Bir müddət qaynadıqdan sonra kakos südü və duz da əlavə edilərək qarışdırılır.
Resept 3
Qırmızı mərci şorbası
Lazım olanlar:
* qırmızı mərci - ½ stəkan
* soğan - 1 ədəd
* alma - 1 ədəd
* kartof - 2 ədəd
* yerkökü - 2 ədəd
* qırmızı toz bibər - ½ çay qaşığı
* zəncəfil - ½ çay qaşığı
* kəklikotu - ½ çay qaşığı
* kakos yağı, duz, istiot zövqə görə
* sümük bulyonu
Hazırlanması:
Kakos yağı zəif odda qızdırılır, yerkökü, alma, soğan, kartof xırda doğöranıb yağa əlavə edilir. Yüngül qıızardıqda üzərinə sümük bulyonu, mərci, kəklikotu, zəncəfil, qırmızı istiot əlavə dilir və zəif odda qaynamağa qoyulur.


Etiketlər:  gün şorbanı bişirib yesəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ