Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nənə nəvəsi olmadığına görə oğlunu və gəlinini məhkəməyə verdi

Nənə nəvəsi olmadığına görə oğlunu və gəlinini məhkəməyə verdi

Tarix: 14 May 2022 10:16

Hindistanın şimalında yerləşən Uttarakhand əyalətində qəribə hadisə yaşanıb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, yaşlı cütlük yeganə oğullarını və onun həyat yoldaşını uşaqları olmadığı üçün məhkəməyə veriblər. 

Onlar övladının evliliyindən 6 il keçməsinə baxmayaraq, hələ də nəvə sahibi olmadıqları üçün şikayət ediblər.

Cütlük məhkəmədə oğulun pilot təhsili üçün Amerikaya göndərdiklərini, qayıtdıqdan sonra ona dəbdəbəli toy etdiklərini bildirib. Onlar bu əziyyətlərinin qarşılığını istədiklərini qeyd ediblər.

57 yaşlı qadın hakim qarşısında, "Oğlum altı ildir evlidir və hələ də uşaq düşünmürlər. Heç olmasa, bir nəvəmiz olsa, vaxtımız keçərdi. Çünki artıq ağrılarımız dözülməz hala gəlib", - deyib. 


Etiketlər:  Nənə nəvəsi olmadığına görə oğlunu gəlinini məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ