Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Finlandiya və İsveçlə bağlı rəsmi mövqeyini açıqladı

Rusiya Finlandiya və İsveçlə bağlı rəsmi mövqeyini açıqladı

Tarix: 14 May 2022 17:38

"Rusiyanın Finlandiya və İsveçə qarşı düşmənçilik niyyəti yoxdur".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Onun sözlərinə görə, hər iki ölkənin NATO-ya üzv olması rəsmiləşdiyi halda hadisələrin necə inkişaf edəcəyi ilə bağlı Rusiyanın belə bir təxmini təsəvvürü var: "Bu zaman NATO ölkələri dərhal bildirəcəklər ki, şimal cinahı çox zəifdir və Rusiya ilə sərhəd 1300 kilometrdir. İndi NATO və Rusiya arasında sərhəd təqribən 1300 kilometr böyüyüb. Bu sərhədi qorumaq lazımdır, buna görə də orada əlavə qüvvələr yerləşdirmək lazımdır və sairə".

Qruşko həmçinin qeyd edib ki, NATO-ya üzv olmaq İsveç və Finlandiyanın maraqlarına cavab vermir və bu, yalnız Şimalın militarizasiyasına gətirib çıxaracaq.


Etiketlər:  Rusiya Finlandiya İsveçlə bağlı rəsmi mövqeyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ