Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da supermarketdə atışma olub, ölən və yaralananlar var

ABŞ-da supermarketdə atışma olub, ölən və yaralananlar var

Tarix: 14 May 2022 23:52

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub.

Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər başından güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin bölgə xəstəxanasına aparıldığı bildirilir.

Atəş açan şəxsin yaralandığı güman edilir. Onun saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik heç bir məlumat yoxdur.


Etiketlər:  ABŞ supermarketdə atışma olub ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ