Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar Xarkovu buna görə atəşə tuta bilmir - Sinequbov

Ruslar Xarkovu buna görə atəşə tuta bilmir - Sinequbov

Tarix: 15 May 2022 17:52

Son bir neçə gündə düşmən Xarkovu atəşə tutmur.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, bu sakitliyin səbəbi Ukrayna ordusunun əks-hücum əməliyyatları nəticəsində rus hərbçilərini şəhərdən qovmasıdır.

"Şəhərdə bir neçə gündür sakitlik müşahidə edirik. Şəhərin özü atəşə tutulmasa da, ətraf rayonlar atəşə məruz qalır. İzyum istiqaməti xüsusilə ən qaynar nöqtə olaraq qalır", - Sinequbov bildirib.


Etiketlər:  Ruslar Xarkovu buna görə atəşə tuta bilmir Sinequbov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ