Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 01:03
40-60 yaşlarda miokard infarktı kişilərdə daha çox müşahidə olunur, bu da aterosklerozun erkən inkişafı ilə bağlıdır. 55-60 yaşdan sonra hər iki cinsin nümayəndələri arasında xəstəliyin yayılma tezliyi demək olar ki, bərabərləşir. Miokard infarktında letallıq göstəricisi 30-35% təşkil edir. Statistik məlumatlara əsasən qəfləti ölümlərin 15-20%-i miokard infarktı səbəbindən baş verir.
Miokardın qan təhcizatının 15-20 dəqiqə və daha artıq zaman ərzində pozulması ürək əzələsində geridönməyən dəyişikliklərin inkişafına və ürəyin funksional pozğunluqlarına gətirib çıxarır. Kəskin işemiya funksional əzələ hüceyrələrinin bir hissəsinin ölümü və onların sonradan birləşdirici toxuma lifləri ilə əvəz olunması - postinfarkt çapığın formalaşması ilə nəticələnir.
Miokard infarktının inkişafından sonra ilk 24 saat ərzində təcili balon koronar angioplastikası və ya trombolizis yolu ilə perfuziya bərpa oluna bilər.