Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 14:34
Mayın 15-də gün ərzində Nikolayev vilayətində Rusiya hərbçilərinin atəşə tutması nəticəsində 15 nəfər yaralanıb.
Sonxeber.net Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Nikolayev Regional Şurasının rəhbəri Anna Zamazeeva məlumat verib.
"Ruslar Nikolayev vilayətini yenidən atəşə tutur. Son sutka ərzində Nikolayev vilayətində 15 nəfər yaralanıb. Yaralıların əksəriyyəti mülki şəxslərdir. Xoşbəxtlikdən, qurbanlar arasında uşaq yoxdur", - o deyib.
Bütün zərərçəkənlər tibb müəssisələrimizə aparılıb və onlara lazımi köməklik göstərilir.
Ümumilikdə, mayın 16-da səhər saatlarına olan məlumata görə, Nikolayev vilayətinin Nikolayev xəstəxanalarında əziyyət çəkən 168 vətəndaş var idi.
Aslan Məmmədov