Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stress və əsəb ürəyə necə təsir edir?

Stress və əsəb ürəyə necə təsir edir?

Tarix: 16 May 2022 22:06

Emosional stress, gərginlik zamanı orqanizmin çox sistemləri əziyyət çəkir.

Stress immuniteti, sinir sistemini, həzm sistemini, böyrəkləri və ürəyi sıradan çıxara bilər.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, əsəb zamanı qan damarları spazma məruz qalır, yığılır, xaotik sıxılıb açılır, qan qatılaşır, qan dövranı pozulur, bu da ürəyin işinə təsir edir.

Stresin 2 növü var: xroniki və kəskin. Hər stresli hadisə orqanizmə dağıdıcı təsir göstərməz. Çünki bədənin özünün stresə qarşı müdafiə sisteçləri var.

Hətta qısa müddətli streslər orqanizmə faydalıdır, adrenalin sintez olur, bədəni dözümlü etdirir. Stress, həyəcan altında orqanizm yüksək hazırlıqlı rejimə keçir, adaptasiya mexanizmləri işə düşür, şoka qarşı sistem çalışır. İnsanın əsəb sistemi möhkəmlənir.

Lakin əgər stres daimidirsə, xronikidirsə, güclüdürsə, insan orqanizmi bunun qarşısında acizdirsə, ürəyə təsir olacaq.
Stress fonunda çox zaman xəstələrdə kardiomiopatiya adlı ürək xəstəliyi yaranır.

Depressiyada 6 aydan çox müddətdə olmaq ateroskleroz - damar tutulmasına səbəb olur.

İşi stresli olanlarda, karyeristlərdə daha çox ürəyin işemik xəstəliyi, insult və infarktlar baş verir.

Problemini, emosiyalarını həll etməyən, həzm etməyən, içində basdıranlarda piylənmə, şəkərli diabet yaaranır. Bu da nəticədə ürəyi sıradan çıxarır.


Etiketlər:  Stress əsəb ürəyə necə təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ