Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe "Real"la müqaviləni razılaşdırdı, amma...

Mbappe

Tarix: 17 May 2022 08:40

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe İspaniya təmsilçisi "Real Madrid"lə şəxsi müqavilənin detallarını razılaşdırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, 24 yaşlı hücumçu hələlik "kral klubu" ilə sözləşməyə imza atmayıb. Bu səbəbdən Paris təmsilçisinin rəhbərliyi fransalı forvardı fikrindən daşındırmaq üçün əlindən gələni edir.

Qeyd edək ki, daha əvvəl "Marca" nəşri "Real Madrid"in Kilian Mbappeyə illik 40 milyon avro məvacib təklif etdiyini və keçidin tamamlandığını yazıb.

Milli.Az


Etiketlər:  Mbappe Realla müqaviləni razılaşdırdı amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ