Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 08:48
Antibiotiklərin azyaşlı uşaqlara verilməsi zamanı nə kimi patologiyaların meydana çıxması barədə Kanadanın Makmaster Universitetinin alimləri uzun illər araşdırmalar aparıblar. Onların araşdırmaları hətta az miqdarda pensillin alan uşağın gələcək həyatda orqanizmində patoloji dəyişikliklər olduğunu sübut etmişdir. Araşdırmalar zamanı həm də hamilə qadınların antibiotik qəbul etdikləri zaman onların uşaqlarında əmələ gələn patologiyalar öyrənilmişdir. Araşdırmalar antibiotikin nəinki, bağırsaq mikroflorasının, hətta immunitetin də aşağı düşməsinə səbəb olduğunu meydana çıxarmışdır. Müşahidələr antibiotikin insanda aqressivliyi artırdığını və qorxu hissini azatdığını müəyyən etmişdir.
Alimlərin bu araşdırmaları antibiotik qəbul edən azyaşlı uşaqların beynində neyrokimyəvi dəyişikliklərin getdiyini də müəyyən etmişdir.
Bu səbəblərə görə də mütəxəssislər neqativ halların baş verməməsi üçün antibiotik qəbul edən uşaqların qida rasionuna süd turşusu məhsulları - laktobasillər daxil etməyi məsləhət bilirlər. Alimlər həm də anaları azyaşlı uşaqlarına antibiotik verməkdən çəkinməyə səsləyirlər.