Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 14:00
Rusiya Axtırkaya raket zərbələri endirib, azı 5 nəfər yaralanıb.
Sonxeber.net bildirir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski öz Teleqramında məlumat verib.
"Bu gün səhər saat 5 radələrində düşmənin Axtırkaya raket hücumu olub. Rusiyanın 5 raketi dinc mülki obyektlərə uçub və xeyli dağıntıya səbəb olub. Anbarlar yanıb. Zərbə dalğası ikimərtəbəli binanın giriş qapısını zədələyib, insanlar içəridə qalmışdı. Çoxlu fərdi evlərə ziyan dəyib. Zərbələr ümumilikdə şəhərin mərkəzi hissəsinə və Daçnı massivinə dəyib. Məbədin pəncərələri sındırılıb. "Nağıl" uşaq bağçasına da ziyan dəyib", - deyə məlumatda bildirilir.
Jivitskinin sözlərinə görə, azı 5 nəfər xəsarət alıb.
Aslan Məmmədov