Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Memar Sinan tərəfindən tikilmiş 440 illik hamam satışa çıxarıldı - FOTO

Memar Sinan tərəfindən tikilmiş 440 illik hamam satışa çıxarıldı - FOTO

Tarix: 18 May 2022 14:20

Türkiyənin İstanbul şəhərində yerləşən 440 illik tarixi olan Ayakapı Hamamı 33 milyon lirəyə satışa çıxarılıb.

Ayakapı Hamamı Memar Sinanın İstanbuldakı 100 unikal əsərindən biridir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tarixi hamamı satışa çıxaran Fatih Yıldırımın sözlərinə görə, Ayakapı Hamamının təmir xərcləri 25 milyon lirə edir. Onlarda isə bu məbləğ yoxdur:

"Hamamı satışa çıxarmazdan əvvəl dövlətdə və bələdiyyədə çalışan məsul şəxslərlə danışdıq, lakin heç bir nəticə əldə edə bilmədik".

Ayakapı hamamı 1582-ci ildə Balatda III Muradın anası Nurbanu Sultan tərəfindən Memar Sinana inşa etdirilib.

Milli.Az


Etiketlər:  Memar Sinan tərəfindən tikilmiş 440 illik hamam satışa çıxarıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ