Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Tarix: 19 May 2022 20:56

2022-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycana 69,4 milyon ABŞ dolları dəyərində 8 787 ədəd avtomobil ixrac edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu il Azərbaycana ixrac edilən avtomobillərin illik ifadədə 480,6 min dollar və ya 0,68%, sayı isə 1669 ədəd və ya 15,9% azalıb. Belə ki, ötən ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycana 69,9 milyon dollar dəyərində 10 456 ədəd avtomobil ixrac edib.

Milli.Az


Etiketlər:  Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ