Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəng önləyici bildirçin yumurtası - Həkimdən faydaları

Xərçəng önləyici bildirçin yumurtası - Həkimdən faydaları

Tarix: 19 May 2022 21:06

Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır. Deməli, Yaponiyada atom bombası atılan zaman hansı uşaq gün ərzində 2-3 ədəd bildirçin yumurtası yemişdirsə, bombanın zərərlərini daha az görmüş və əqli inkişafına görə yaşıdlarından daha yaxşı inkişaf etmişdir. Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə çox dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var.

Həkim fitoterapevt Füzuli Hüseynov bu yumurtanın faydalarını təqdim edib.

Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir, tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır. Gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz bir qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.

Qabıqlarını da istifadə edin, belə ki, qabıqlar azca qaynadılıb, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırıldıqda kalsium çatışmazlığını aradan qaldırır. Uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.

Bidirçin yumurtası cinsi istəyi artırır. Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza çəkin, yarım saatdan sonra şampun vurmadan yuyun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.

Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.

Milli.Az


Etiketlər:  Xərçəng önləyici bildirçin yumurtası Həkimdən faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ