Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarkova ''Smerç'', ''Qasırğa'' və ''Qrad''lardan hücum edilib

Xarkova ''Smerç'', ''Qasırğa'' və ''Qrad''lardan hücum edilib

Tarix: 20 May 2022 12:08

Son 24 saat ərzində Rusiya "Smerç", "Qasırğa" və "Qrad" çoxsaylı buraxılış raket sistemlərindən Kiyevin Xarkov rayonu, Saltovskaya, Alekseevka ərazilərini atəşə tutub.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov deyib.

Onun sözlərinə görə, gecə saatlarında Dergaçidə fərdi yaşayış evinə mərmi düşüb, Malaya Danilovka kəndində isə Rusiyanın hücumundan sonra qaraj və avtomobil yanıb.

"Səhər saat 5 radələrində baytarlıq akademiyasının 7 qarajı yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb", - rəsmi bildirib.

Onun sözlərinə görə, səhər saatlarında mərmilərin atəşə tutulması nəticəsində Şevçenkovo qəsəbəsində 3 nəfər yaralanıb.

"Xarkov istiqamətində düşmən əsas səylərini zəbt etdiyi xətləri saxlamağa yönəldib. Əks-hücumlar həyata keçirməyə çalışır. Amma hücum nəticəsiz qalıb. PUA-lardan istifadə etməklə hava kəşfiyyatı aparır", - deyə Sinegubov bildirib.

Aslan Məmmədov


Etiketlər:  Xarkova Smerç Qasırğa Qradlardan hücum edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ