Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

Tarix: 20 May 2022 12:38

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 "Faqot", 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1 220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Şuşada xeyli sayda silah sursat aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ