Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda tonlarla yun həyətlərdə qalıb - Səbəb nədir? - VİDEO

Tovuzda tonlarla yun həyətlərdə qalıb - Səbəb nədir? - VİDEO

Tarix: 20 May 2022 14:24

Tovuzda yun istehsalı ilə məşğul olan sahibkarlar çətinliklə üzləşiblər. Onlar məhsulu çox ucuz qiymətə satdıqlarından gileylənirlər. Deyirlər ki, yunun 1 kiloqramını 20-50 qəpik arasında sata bilirlər. Bu isə onlara sərf etmir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mövcud vəziyyət ucbatından Tovuzda tonlarla yun həyətlərdə qalıb.

Təsərrüfat  sahibləri deyirlər ki, yun istehsalı üçün sərf etdikləri vəsaiti geri qaytara bilmirlər. Qoyun qırxını may ayında həyata keçirilir. Bir xırdabuynuzlu heyvandan təxminən 2-3 kiloqramadək yun götürmək olur.

Təsərrüfat sahiblərinin sözlərinə görə, mövsüm vaxtı yunun bir kiloqramının qiyməti 20-50 qəpik arasında dəyişir.

Təsərrüfat sahibləri yun qəbulu məntəqələrinin yaradılmasını istəyirlər. Hesab edirlər ki, belə məntəqələr fəaliyyətə başlasa bu sahəyə maraq artar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Tovuzda tonlarla yun həyətlərdə qalıb Səbəb nədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ