Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 16:38
Avropa Birliyinin (AB) Rusiyaya qarşı 6-cı sanksiyalar paketi kəsilmiş formada qəbul edilə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski 6-cı sanksiya paketinə mümkün düzəlişlərlə bağlı suala cavabında deyib.
"Biz AB-də birliyə diqqət etməliyik. Ona görə də sanksiyalar paketinə düzəlişlər ediləcəyi mümkündür. Rusiyaya qarşı sanksiyalar əsasən neft və qazı əhatə etməlidir", - deyə baş nazir bildirib.