Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 22:40
Rumıniya hökuməti məktəbi bitirənlərə işsizlik müavinətinin verilməsi haqqında fərmanı təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iş tapa bilməyən, orta və orta ixtisas təhsili müəssisələrini bitirmiş 16-17 yaşarası gənclər müvafiq müavinət ala biləcəklər. Bunun üçün onlar yaşayış yeri üzrə sosial təminat orqanlarında qeydiyyatdan keçməlidirlər. Müraciət edənə 6 ay müddətində ölkə üzrə orta əməkhaqqının 50 faizi həcmində məbləğin ödəniləcəyi nəzərdə tutulur. Bu məqsədlər üçün Rumıniyanın dövlət büdcəsindən 100 milyon avro ayrılıb.