Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 21:50
"Oyun çətin keçdi. Çünki futbolçularda narahatlıq var idi. Yenə də sağ olsunlar. Birinci hissədə oyunumuz alınmasa da, ikinci yarıda oyuna tam nəzarət edə bildilər. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Amma qol vurmaq cəhdlərimiz alınmadı".
Bu sözləri "Zirə"nin məşqçisi Vaqif Paşayev Azərbaycan Premyer Liqasının 28-ci turunda "Şamaxı" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:
O, bürünc medal qazandıqları üçün şad olduqlarını deyib: "Komandamızı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovu təbrik edirəm. O, bu mövsüm çox yaxşı işlər gördü. 35 ildir futboldayam. Amma bu, mənim üçün ən xoşbəxt günlərimdən biridir".